Suriya müxalifətinin nümayəndə heyəti Moskvaya səfər edəcək

2018/01/161_1516187052.jpg
Oxunub: 2640     19:03     17 Yanvar 2018    
“Suriya müxalifətinin nümayəndə heyətinin ölkədəki siyasi prosesin tənzimlənməsi üzrə konsultasiya üçün yanvarın 24-25-də Moskvaya səfəri planlaşdırılıb”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya müxalifətindən adı açıqlanmayan mənbə məlumat verib.

“Moskvaya səfər artıq planlaşdırılıb, bu, yanvarın 23-24-nə təsadüf edəcək”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, yanvarın 17-18-də Ər-Riyadda Suriyada siyasi prosesin tənzimlənməsi barədə müxalifət nümayəndələrinin müzakirəsi aparılacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Suriya-müxalifəti   Moskva  


Bizi "telegram"da izləyin