Ordu.az Tportal.hr saytına istinadən xəbər verir ki, bu barədə Xorvatiya müdafiə naziri Damir Krstiçeviç Ukrayna müdafiə naziri Stepan Poltorak ilə görüşü çərçivəsində bəyan edib.
“Xorvatiya Respublikası Ukraynanın Avroatlantik yolunu və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, həmçinin Ukraya ordusunun möhlkəmlənməsi və müdafiə sahəsi, təhlükəsizlik sahəsində islahatlarla bağlı öz təcrübəsini bölüşərək kömək etməyə hazırdır”, - deyə Krstiçeviç bildirib.
Nazirlər həmçinin hərbi-texniki əməkdaşlıq, müdafiə sənayesi və hərbçilərin hazırlanması, təlimatlandırılması sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri də müzakirə ediblər.
Ağalar Qəribov
Ordu.az