“ABŞ ordusu KXDR müharibəsinə hazırlaşır” - Tornberri

2018/01/160_1516185955.jpg
Oxunub: 4150     18:44     17 Yanvar 2018    
“ABŞ ordusu KXDR-lə baş verə biləcək potensial müharibəyə hazırlıq məqsədilə çox ciddi təlimlər həyata keçirir, lakin ümid edirəm bu hazırlıqlar heç vaxt istifadə olunmaz”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ konqresinin Silahlı Xidmətlər Komitəsinin rəhbəri, Respublikaçı millət vəkili Mak Tornberri səsləndirib.

O bildirib ki, ABŞ prezidenti Tramp bütün seçimləri diqqətlə nəzrədən keçirir.

“Məsələ Şimali Koreya olduqda administrasiya hərbi seçimi daha diqqətlə gözdən keçirir. Təlimlər çox ciddidir. Lakin indi belə bu hazırlıqlara ehtiyac olmayacağına ümid edilir”, - deyə vəkil bildirib.

“Əgər siz öz vətəndaşınızdan dövlət üçün həyatını riskə atmağı istəməyi planlaşdırırsınızsa, onda onları ən yaxşı formada hərbi sursatla təchiz etməyə borclusunuz. Lakin bu da kifayyət deyil. Ölkənin təmin edə biləcəyi ən yaxşı təlimlər keçirilməlidir və hal-hazırda bunlar edilir”, - deyə Tornberri əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR  


Bizi "telegram"da izləyin