Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukrayadakı səfiri Mari Yovanoviç bəyan edib.
Diplomat ötən ilin sonunda Vaşinqtonun Ukraynanı öldürücü silahlarla təchiz etmək barədə qərar qəbul etdiyini təsdiqləyib.
Bununla belə, səfir silah təchizatının nə zaman başlayacağından xəbərdar olmadığını ifadə edib.
Yovanoviçin sözlərinə görə, ABŞ administrasiyası hərbi yardım proqramına yalnız qanunla nəzərdə tutulan prosedurlar icra edildikdən sonra başlayacaq və bu prosedurlardan biri də Konqreslə məsələnin razılaşdırılmasıdır.
Ağalar Qəribov
Ordu.az