Tillersondan xəbərdarlıq: ABŞ hərbi yollara əl ata bilər

2018/01/345345_1516184663.jpg
Oxunub: 2393     18:22     17 Yanvar 2018    
“Əgər Şimali Koreya öz nüvə arsenalı ilə bağlı danışıqlardan imtina etsə ABŞ hərbi yollara əl atmalı olacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ xarici işlər naziri Reks Tillerson səsləndirib.

KXDR-ə qarşı sanksiyalar haqda toplantıdan sonra jurnalistlərlə danışan Tillerson Ağ Evin problemə diplomatik həll yolları axtardığını, lakin Pxenyanın etibarlı müzakirə partnyoru olmadığını bildirib. O əlavə edib ki, ABŞ-KXDR danışıqları raket testlərinin birdəfəlik dayandırılmasından sonra mümkün ola bilər.

Tillerson savaş ehtimalı haqda verilən suala cavab olaraq bildirib ki, mövcud situasiyada hər kəs ayıq olmalıdır.

Nazir Şimali Koreyanın nüvə sınaqları və qitələrarası ballistik raket sistemlərində əldə etdiyi inkişafın meydana gətirdiyi təhdiddən də danışıb

“Təhdid böyüyür və Şimali Koreyanın dialoq seçməməyi bizə başqa bir alternativ vermir”, - deyə Tillerson əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin