Ordu.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi və Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.
Milli Polisin məlumatına görə, Sumı vilayətində Rusiya hücumları nəticəsində 2 nəfər ölüb, daha 9 nəfər yaralanıb.
İ.Fyodorov bildirib ki, Rusiya qoşunları bir sutka ərzində Zaporojye vilayətinin 45 yaşayış məntəqəsinə 973 zərbə endirib. Zaporojyedə, eləcə də Zaporojye və Poloq rayonlarında hücumlar nəticəsində 4 nəfər həlak olub, daha 28 nəfər isə yaralanıb.
Bundan əlavə, vilayət rəhbərliyinin məlumatına görə, yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zərər gördyünə dair 249 məlumat daxil olub.
Ordu.az