Medvedevdən sərt açıqlamalar: Qərb Ermənistandan Rusiyaya qarşı mübarizə aləti kimi istifadə edir

2026/06/1782714058.jpg
Oxunub: 248     10:12     29 İyun 2026    
“Qərb Ermənistana Rusiyaya qarşı mübarizə aləti kimi yanaşır və ölkədə siyasi meydanın “təmizlənməsi”ndə maraqlıdır”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedev Ermənistanla bağlı açıqlamasında deyib.

Medvedev bildirib ki, Qərbin Ermənistanın seçki proseslərinə müdaxiləsi görünməmiş həddə çatıb və ölkənin dövlət aparatı faktiki olaraq “əl ilə idarəetmə” rejiminə keçirilib.

Onun sözlərinə görə, siyasi rəqiblərə qarşı həyata keçirilən tədbirlər hazırkı Ermənistan hakimiyyətinin əsas səciyyəvi xüsusiyyətinə çevrilib və bu proses hüquqi özbaşınalığa yaxın olmaqla yanaşı, biznes aktivlərinin müsadirəsi ilə müşayiət olunur.

“Qərbin Ermənistanın seçki proseslərinə müdaxiləsi görünməmiş həddə çatıb və Ermənistanın dövlət aparatı faktiki olaraq “əl ilə idarəetmə” rejiminə keçirilib.

Siyasi rəqiblərlə hesablaşmalar Ermənistanın indiki hakimiyyətinin əsas xüsusiyyətinə çevrilib. Siyasətçi Qaqik Tsarukyanın deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı təqdimat müxalifətə qarşı yeni təzyiq mərhələsinin başlanğıcıdır.

İrəvanla Moskva arasında münasibətlərin pozulması Ermənistan vətəndaşları üçün ağır nəticələr doğuracaq. Avropa İttifaqını isə bu məsələ qətiyyən maraqlandırmır. İrəvanın siyasi ambisiyaları milli maraqları üstələyib.

Siyasi rəqiblərə qarşı həyata keçirilən tədbirlər Ermənistan hakimiyyətinin “vizit kartı”na çevrilib. Bu addımlar hüquqi özbaşınalığa yaxın olmaqla yanaşı, biznes aktivlərinin müsadirəsi ilə müşayiət olunur”, - deyə Medvedev bildirib.

O vurğulayıb ki, müxalifətə qarşı təzyiqlər, inzibati resurslardan geniş istifadə və Qərbin müdaxiləsi son seçkilərin əsas xüsusiyyətləri olub.

“İrəvanla Moskva arasında münasibətlərin pozulması Ermənistan vətəndaşları üçün ağır nəticələr doğuracaq, Avropa İttifaqını isə bu məsələ ümumiyyətlə maraqlandırmır Moskva Ermənistan hakimiyyətinin əsl niyyətlərini bəyanatlara görə deyil, konkret əməllərinə əsasən qiymətləndirəcək. Rusiya gözləyir ki, “Vətəndaş Müqaviləsi” partiyası seçicilərin əksəriyyətinin iradəsini nəzərə alacaq”, - deyə Medvedev bildirib.

O vurğulayıb ki, Qərb Ermənistana Rusiyaya qarşı geosiyasi alət kimi baxır və bu məqsədlə ölkədaxili siyasi mühitin tam nəzarət altına alınmasına çalışır.

Medvedevin fikrincə, Moskva Ermənistan rəhbərliyinin gələcək addımlarını diqqətlə izləyəcək və münasibətlərə qiymət verilərkən yalnız praktiki addımlar əsas götürüləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Medvedev   Ermənistan  


Bizi "telegram"da izləyin