ABŞ Prezidenti İrana İsrailə raket zərbələrini dayandırmağı tövsiyə edib

2026/05/1778482583.jpg
Oxunub: 241     00:05     08 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İrana İsrailə raket zərbələrini dayandırmağı tövsiyə edib.

Ordu.az xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına açıqlamasında bildirib.

"Mən İrana aşağıdakıları təklif edərdim: raketlərinizi buraxdınız, bəsdir. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin. Deyərdim ki, gələn həftənin bazar ertəsi, çərşənbə axşamı və ya çərşənbə günü saziş imzalanacaq", - deyə o əlavə edib.

Tramp İsrailin Beyruta endirdiyi zərbələrdən narazı olduğunu bildirib.

Bundan başqa, ABŞ Prezidenti ümid etdiyini bildirib ki, İsrail ilə İran arasında gərginlik Tehranla Vaşinqton arasında mümkün razılaşmanı pozmayacaq:

"İranla yekun razılaşmaya çox yaxınıq. Bu, yaxşı bir razılaşma olacaq. İndi baş verənlərə görə onun dağılmasını istəmirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin