Dövlət Təhlükəsizliyi Xidmətində kiber təhqiqat istiqaməti fəaliyyətə başlayıb

2026/06/45345-1780560773.jpg
Oxunub: 152     11:52     04 İyun 2026    
Azərbaycanda kiber təhqiqat istiqaməti Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində fəaliyyətə başlayıb.

Ordu.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.

O qeyd edib ki, kiber təhqiqatın həm prosessual kiber təhqiqat, yəni istintaq hissəsi, baxış-axtarış tədbirləri, həm də kiber tədqiqat hissəsi birgə şəkildə fəaliyyət göstərəcək:

"Bu istiqamət üzrə həm "cyber investigation", həm də "cyber examination" bölmələri tandemdə işləyərək kiber təhlükələrə qarşı, xüsusən APT tipli ciddi kiber təhdidlərlə mübarizədə əhəmiyyətli irəliləyişin əldə edilməsi nəzərdə tutulur".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DTX   Kibertəhlükəsizlik  


Bizi "telegram"da izləyin