Stoltenberq: "Çin NATO-nun dəyərlərinə və maraqlarına meydan oxuyur"

2024/06/1719292120.jpg
Oxunub: 141     06:00     01 İyul 2024    
NATO Çini düşmən hesab etmir, lakin alyans rəhbərliyinin fikrincə, Pekin onun dəyərlərinə və maraqlarına meydan oxuyur.

Ordu.az-ın məlumatına görə, bu fikri NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq "Yomiuri Shimbun" qəzetinə müsahibəsində deyib.

"NATO Çini düşmən hesab etmir, lakin bizim dəyərlərimizə, maraqlarımıza və təhlükəsizliyimizə meydan oxuyur", - o deyib. Stoltenberq həmçinin iddia edib ki, Çin Tayvanı və ona qonşu ölkələri təhdid edir.

Bundan əlavə, NATO baş katibi Çini Rusiya Federasiyasına hərbi dəstək verməkdə ittiham edib. O bildirib ki, Pekin bununla İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük müharibəni alovlandırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Çin  


Bizi "telegram"da izləyin