Ordu.az xəbər verir ki, hərbi rəsmilərin sözlərinə görə, birgə istintaq qrupu avqust ayından bəri məxfi hərbi məlumatları satdığını iddia edən mesajlar verən “Telegram” kanalını araşdırır.
Kanalın operatorunun fevral ayında ordu və Müdafiə İnkişaf Etdirmə Agentliyi daxilində əməkdaşları olduğunu və Koreyanın ilk yerli ümumi məqsədli helikopteri olan “Surion” ilə bağlı sənədləri satdıqlarını söylədiyi və bəzi helikopter hisssələrinə aid olduğu təxmin edilən fotoşəkillər yüklədiyi bildirilib.
Qeyd olunub ki, operator, həmçinin KF-21 üçün texnoloji sənədləri təmin etdiyini və öz çarpaz yoxlama prosesini tamamladıqdan sonra satacaqlarını deyib.
Sevinc Əliyeva
Ordu.az