Türkiyə İrandan PKK-ya silah tədarükünü dayandırmağı tələb edib

2024/07/1719821217.jpg
Oxunub: 195     12:03     01 İyul 2024    
Türkiyə İrandan PKK terror təşkilatına silah tədarükünü dayandırmağı və silahlı qruplaşmalara qarşı Ankaranın hərbi əməliyyatına müdaxilə etməməyi tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Ötən həftə Türkiyə ilə İran arasında Süleymaniyyədə (İraq) görüş baş tutub. İclasda Türkiyə Xarici İşlər Nazirliyinin və təhlükəsizlik qüvvələrinin nümayəndələri iştirak ediblər. İrandan PKK-ya silah tədarükünün dayandırılması tələb edilib və terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq təklif edilib”, - məlumatda qeyd edilib.

Bildirilib ki, fotofaktlar, eləcə də İranın sərhəd bölgəsində terrorçuları Türkiyə ərazisinə dəfələrlə köçürdüyünü təsdiq edən sənədlər təqdim edilib. Türkiyə tərəfi İrandan bu transferlərdən imtina etməyi tələb edib.

İran tərəfi öz növbəsində PKK-ya heç bir silah tədarükü etmədiklərini bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İran   PKK  


Bizi "telegram"da izləyin