Erməni ekspert: “Qazın qiymətinin artması zavodların bağlanmasına və ya inflyasiyaya səbəb olacaq”

2024/06/1719473166.jpg
Oxunub: 128     10:50     01 İyul 2024    
“30 il keçsə belə, Ermənistan Avropa İttifaqına (Aİ) üzv ola bilməz”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Auditorlar Palatasının sədri, erməni iqtisadçı Nairi Sarkisyan deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan Ermənistan üçün bazar açmaq istəyinin olmadığı bir birliyin üzvü ola bilməz.

“Overçuk hansı nəticələrdən danışır? Sadalayaq, məsələn, Ermənistanda istehlak olunan enerjinin 70 faizi Rusiya tərəfindən təmin edilir, AES, istilik elektrik stansiyaları, onların işləməsi üçün xammal Rusiyadan gətirilir. Növbəti nəticə bazarda qaz ola bilər, bizdə güzəştli qaz tarifi olmayacaq, Avropanın ödədiyi qiymətə oxşar qiymət olacaq və Ermənistanda 50 faiz yoxsulluq vəziyyətində oxşar mənzərəmiz olacaq. Qazın qiymətinin artması zavodların bağlanmasına və ya inflyasiyaya səbəb olacaq”, - deyə Sarkisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Avropa-İttifaqı  


Bizi "telegram"da izləyin