Ordu.az xəbər verir ki, ABŞ Konqresi 2025-ci maliyyə ilinin müdafiə büdcəsi müzakirələri zamanı ABŞ Həbi Hava Qüvvələrinin (HHQ) inventarında yer alan bəzi B-52H bombardmançı təyyarələrinə yenidən nüvə silahı daşıma qabiliyyəti qazandırılmasına dair təzyiqlərini davam etdirir.
Konqresə görə, müddəti 2 ildən sonra başa çatacaq Yeni Strateji Silahların Azaldılması Müqaviləsindən sonra ABŞ HHQ-nin inventarında olan bütün B-52H strateji bombardmançı təyyarələrinə nüvə silahı daşıma qbailiyyətinin yenidən qazandırılması lazımdır.
Hazırda Nümayəndələr Palatasında və Senatda 2025-ci Maliyyə İli üçün illik müdafiə siyasəti qanun layihəsinin və Milli Müdafiə Səlahiyyəti Aktının (NDAA) müxtəlif versiyaları nəzərdən keçirilir.
Sevinc Əliyeva
Ordu.az