Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, bu böyük qrant bu yaxınlarda cəmi 2 ay əvvəl qeydiyyatdan keçən “Splayer” şirkətinə verilib.
“Qrant həm də bu MMC-nin dövlət satınalmalarında debütüdür. Məlum olub ki, “Splayer” 2024-cü il martın 29-da qeydiyyatdan keçib. Hüquqi şəxslərin reyestrinin məlumatlarına görə, şirkətin 100 faiz payı Aram Marqaryana məxsusdur. MMC-nin yerləşdiyi yer Lori vilayəti, Stepanavan şəhəri, Çarents küçəsi, 106 A ünvanıdır. Qeyd edək ki, ötən il ordu oyunları turnirini Vladimir Gevorqyanın ailə biznesinə daxil olan “Lore Qrup” MMC (Çarents küçəsi 122) təşkil edib. 2023-cü ildə bu oyunlar dövlətə 43 milyon dram civarında başa gəlib. Xatırladaq ki, Vladimir Gevorqyan müxtəlif MMC-lərlə dövlət satınalmalarında fəal oyunçudur. İndi də məlum olur ki, xoşbəxt təsadüf, çox maraqlı təsadüf nəticəsində oyunları Vladimir Gevorqyanın qonşusu yeni qeydiyyatdan keçmiş MMC ilə təşkil edəcək”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az