Pentaqon: ABŞ-nin Avropadakı qoşunlarının təhlükəsizliyin üçün tədbirlər görülür

2024/07/1719810370.jpg
Oxunub: 121     01:46     01 İyul 2024    
ABŞ hakimiyyəti Avropadakı Amerika qoşunlarının təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görür.

Ordu.az xəbər verir ki, bu məlumatı Pentaqonun mətbuat xidməti təsdiqləyib.

Qurum konkret tədbirləri təsvir etməkdən imtina edib.

“Biz tez-tez hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görürük”, - məlumatda deyilir.

Qeyd edək ki, ABŞ-nin Avropadakı bir neçə hərbi bazası mümkün terror təhlükəsi səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bu barədə iki ABŞ rəsmisi “CNN“-ə danışıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa  


Bizi "telegram"da izləyin