Erməni keşiş: “Əsgərlərimizin yaşamağa sığınacağı yoxdur, amma müdafiə nazirinin iki-üç evi var”

2024/07/zinvo-1719815860.jpg
Oxunub: 180     13:47     01 İyul 2024    
“Əsgərlərimizin yaşamağa sığınacağı yoxdur, amma müdafiə nazirinin iki-üç evi var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanda davam edən aksiyaların rəhbəri, erməni keşiş Baqrat Srbazan Zeyvə kəndində sakinlərlə görüşdə deyib.

“Sənin tabeliyində olan, sərhədi qoruyan əsgərin yaşamağa normal sığınacağı yoxdursa, amma bir vaxtlar heç nəyin olmadığı halda sənin bir nazir kimi iki-üç evin varsa, bu, normal deyil, bütün bunlar cəmi 4 ildə baş verib. Ona görə də bizim oğlanlar Ağkilsə kəndindəki sığınacaqda yanıblar (15 erməni hərbi qulluqçunun ölümü ilə nəticələnən yanğın hadisəsini nəzərdə tutur-red.)”, - deyə o qeyd edib.

Zeyvə sakini Baqrat Srbazandan səngərdəki əsgərin aqibətinin necə olacağını soruşub, Baqrat Srbazan iki yol olduğunu deyib.

“Ya ümidsizlik içində hər şeydən uzaqlaşmağa başlayırsan, ya da üsyan edirsən, başqa yol yoxdur”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-keşiş   Ermənistan  


Bizi "telegram"da izləyin