Fransada seçkilərdən sonra etiraz aksiyaları başlayıb

2024/07/1719820659.jpg
Oxunub: 157     11:56     01 İyul 2024    
Fransada parlament seçkilərin birinci turunun nəticələri açıqlandıqdan sonra etiraz aksiyaları başlayıb.

Ordu.az xəbər verir ki, Lion şəhərinin mərkəzində nümayişçilər yanğınlar törədib, mağazaların vitrinlərini sındırıb. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Həmçinin Parisdəki Respublika meydanında iğtişaşçılar baş verib. Nümayişçilər seçkilərdə liderlik edən “Milli birlik” partiyasının əleyhinə şüarlar səsləndiriblər.

Xatırladaq ki, sağçı “Milli birlik” partiyası 33,4 faiz səs toplayaraq birinci turun qalibi olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Seçki   Aksiya  


Bizi "telegram"da izləyin