TCG “Anadolu”dan sonra TCG “Trakya” gəlir?

2023/04/ismai-1681452715.jpg
Oxunub: 5258     12:11     14 Aprel 2023    
TCG “Anadolu” Türkiyənin Hərbi Dəniz Qüvvələrinin inventarına daxil olduqdan sonra gözlər TCG “Trakya”ya dikilib.

Ordu.az xəbər verir ki, TCG “Anadolu”nun əkizinin genişləndirilərək inşası uzun müddətdir Türkiyənin müdafiə sənayesində ən çox danışılan mövzulardan biridir.

Bu sual Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmirə verilib.

Dəmirin verdiyi cavabda qeyd edib: “Hazırda onunla bağlı bir qərar yoxdur. Amma bizim gəmiqayırma zavodumuz da, digər dizayn şirkətləri də belə bir vəziyyət yarananda öz hazırlıqlarını görür. Hələlik yekun qərarımız yoxdur. Masa üzərində mühəndislik işləri olsa da, biz həmişə şirkətlərimizin növbəti mərhələyə hazır olmasını istəyirik”.

Dəmir, həmçinin “Bayraktar” TB3 və “Kızılelma”nın gələcəkdə TCG “Anadolu”da missiya həyata keçirəcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TCG   Anadolu  


Bizi "telegram"da izləyin