Netanyahu İsrailin Livanın cənubunda mövcudluğunu qoruyacağını bildirib

2026/06/1780938507.jpg
Oxunub: 180     21:59     21 İyun 2026    
İsrail Livanın cənubundakı bufer zonada öz hərbi mövcudluğunu saxlamaq niyyətindədir və İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısı Benyamin Netanyahu bildirib.

"Biz İsrailin şimalındakı sakinləri qorumaq üçün Livanın cənubundakı təhlükəsizlik zonasında lazım olduğu qədər qalacağıq. İsrailin Baş naziri olaraq mən bu məsələdə heç nəyin dəyişməyəcəyi qəti mövqe tuturam", - Netanyahu deyib.

O həmçinin vurğulayıb ki, diplomatik cəbhədəki hadisələrdən asılı olmayaraq, İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail   Livan  


Bizi "telegram"da izləyin