İranın İsfahan vilayətində iğtişaşlarla bağlı 4 mindən çox cinayət işi açılıb

2026/03/1774611672.jpg
Oxunub: 188     14:52     21 İyun 2026    
İranın İsfahan vilayətinin məhkəmə sisteminin rəhbəri bölgədə baş vermiş kütləvi iğtişaşlarla bağlı 4044 cinayət işinin açıldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, işlərdən 2899-u üzrə artıq ittiham aktları hazırlanıb.

Ümumi işlərin 890-ı vilayətin inzibati mərkəzi olan İsfahan şəhərində qeydə alınıb.

Bu günə qədər 1975 iş üzrə yekun məhkəmə qərarı çıxarılıb.

Bundan əlavə, 2000-dən çox iş üzrə birinci instansiya məhkəmələri, İnqilab məhkəmələri və cinayət məhkəmələri tərəfindən qərarlar qəbul edilib.

İşlərin xarakterindən asılı olaraq çıxarılan hökmlər arasında bəraət qərarları, pul cərimələri, bir ildən 30 ilə qədər azadlıqdan məhrumetmə cəzaları yer alıb.

Dövlətə qarşı silahlı müqavimət kimi qiymətləndirilən “moharibə” ittihamı ilə açılmış bəzi işlər üzrə isə ölüm hökmü çıxarılıb.

Qeyd olunub ki, qəbul edilmiş qərarların bir hissəsi hazırda İran Ali Məhkəməsində yenidən araşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsfahan  


Bizi "telegram"da izləyin