İran rəsmiləri İsveçrədə iki raund danışıqlar aparacaq, danışıqların ilkin mövzusu bəllidir

2026/04/1775969306.jpg
Oxunub: 266     13:18     21 İyun 2026    
İran nümayəndə heyəti iyunun 21-də İsveçrədə iki raund danışıqlar aparacaq.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb.

"Bu səhər bu prosesdə vasitəçilik edən Pakistan və Qətər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçiriləcək. Günün sonlarında Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə İran İslam Respublikası və ABŞ nümayəndə heyətləri arasında dördtərəfli görüşlər keçiriləcək", - deyə o bildirib.

Daha əvvəl İsveçrə Xarici İşlər Nazirliyi ABŞ və İran nümayəndə heyətlərinin, eləcə də Qətər və Pakistandan olan vasitəçilərin İsveçrənin Bürgenştok şəhərindəki danışıqlar məkanına gəldiyini təsdiqləyib.

Bu arada Britaniyanın "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb ki, İran və ABŞ nümayəndə heyətləri arasında keçiriləcək danışıqların ilkin mövzusu Livanda atəşkəs olacaq.

Adı çəkilməyən bir diplomatın sözlərinə görə, vasitəçilər ilk mərhələdə "Livanda pozuntuların monitorinqi və sülhün qorunması mexanizmini" müzakirə edəcəklər.

Daha sonra Hörmüz boğazının statusu və Tehranın nüvə proqramı müzakirə olunacaq.

Bundan əlavə, nəşr İranın nüvə məsələsinin bir neçə həftə ərzində müzakirə olunacağını vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin