“OneTwoTrip Biznes üçün”: Rusiya şirkətlərinin Ermənistana ezamiyyətləri 27 faiz artıb

2026/06/1782029106.jpg
Oxunub: 242     11:59     21 İyun 2026    
2026-cı ilin ilk yarısında Rusiya şirkətlərinin xarici ölkələrə ezamiyyətləri arasında ən böyük artım Ermənistan istiqamətində qeydə alınıb.

Ordu.az xəbər verir ki, bu barədə “OneTwoTrip Biznes üçün” xidmətinin TASS agentliyinə təqdim etdiyi araşdırmada bildirilib.

Araşdırmaya əsasən, Ermənistan istiqamətində işgüzar səfərlərə tələbat 27 faiz artıb.

Bundan başqa, Çin, Gürcüstan və Qırğızıstana ezamiyyətlərdə də nəzərəçarpacaq artım qeydə alınıb. Bu ölkələr üzrə göstərici 20 faiz yüksəlib. Türkiyəyə işgüzar səfərlər isə 11 faiz artıb.

Eyni zamanda bəzi istiqamətlərdə azalma müşahidə olunub. BƏƏ-yə ezamiyyətlər 40 faiz, Hindistana 20 faiz, Belarusa isə 8 faiz azalıb.

Ümumilikdə 2026-cı ilin ilk yarısında Rusiya şirkətlərinin ezamiyyət strukturunda xarici uçuşların payı 12,2 faiz təşkil edib. Bir il əvvəl bu göstərici 11,6 faiz idi.

Populyarlıq reytinqində Çin 19,7 faiz payla birinci yerdə qərarlaşıb. Sonrakı yerlərdə Türkiyə 12,2 faiz və Belarus 11,8 faiz göstərici ilə yer alıb. İlk onluğa həmçinin Özbəkistan, Qazaxıstan, Qırğızıstan, BƏƏ, Ermənistan, Hindistan və Gürcüstan daxil olub.

Rusiya şəhərləri arasında isə Moskva 27 faizlə birinci, Sankt-Peterburq 11,7 faizlə ikinci yerdədir. Üçüncü yeri tutan Yekaterinburqa ezamiyyətlər 10 faiz azalıb. Novosibirsk, Kazan, Krasnodar, Samara, Ufa, Krasnoyarsk və Soçi istiqamətlərinə də yüksək tələbatın qaldığı bildirilib.

Araşdırma müəllifləri Soçiyə ezamiyyətlərin 45 faiz azalmasını Krasnodar hava limanının fəaliyyətə başlamasından sonra sərnişin axınının yenidən bölüşdürülməsi ilə izah ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin