İŞİD Suriyada iki hərbçinin ölümü ilə nəticələnən hücumun məsuliyyətini üzərinə götürüb

2025/10/1760155380.jpg
Oxunub: 265     14:43     21 İyun 2026    
Terror təşkilatı İŞİD Suriyanın Hələb vilayətinin Mənbic bölgəsində baş vermiş və iki hərbçinin ölümü ilə nəticələnmiş hücumun məsuliyyətini üzərinə götürdüyünü açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məsuliyyətlə bağlı bəyanat təşkilatın “Telegram” kanalında dərc olunub.

Bundan əvvəl Suriya Müdafiə Nazirliyi Mənbic rayonunda naməlum silahlı şəxslərin hücumu nəticəsində iki hərbçinin öldürüldüyünü bildirmişdi.

Müşahidəçilərin məlumatına görə, bu hücum İŞİD-in 2026-cı ilin fevral ayından etibarən məsuliyyətini üzərinə götürdüyü silsilə hücumlardan biridir.

Həmin vaxt terror təşkilatı Suriya Prezidenti Əhməd əş-Şaraanın rəhbərlik etdiyi hökumətə qarşı fəaliyyətinin yeni mərhələsinə başladığını bəyan etmişdi.

Hadisə Suriyanın şimal və şərq bölgələrində hökumət nəzarətinin genişləndirilməsi, eləcə də ABŞ qoşunlarının ölkənin şimal-şərqindəki bəzi mövqelərdən mərhələli şəkildə çıxarılması fonunda baş verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD  


Bizi "telegram"da izləyin