Tramp: "Hörmüz boğazından keçəcək gəmilərə ödəniş tətbiq oluna bilər"

2026/06/1781685418.jpg
Oxunub: 221     03:05     21 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran yekun razılığa gələ bilməsələr, ABŞ Hörmüz boğazından keçən gəmilərə görə rüsum almağa başlaya bilər.

Ordu.az-ın məlumatına görə, ABŞ lideri bunu "Truth Social" sosial şəbəkəsində yazıb.

O bildirib ki, 60 günlük atəşkəs müddətində Hörmüz boğazından keçidə görə rüsumlar alınmayacaq, lakin bundan sonra ABŞ ilə İran arasında razılaşma əldə olunmasa, ödənişlər tətbiq oluna bilər.

Tramp qeyd edib ki, belə bir addım ABŞ-nin təhlükəsizlik sahəsində Yaxın Şərq ölkələrinə göstərdiyi xidmətlərə, eləcə də keçmiş, indiki və gələcək xərcləri kompensasiya etmək üçün atıla bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Hörmüz  


Bizi "telegram"da izləyin