Ordu.az ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə telefon danışığı zamanı bildirib.
"İki rəsmi şəxs Hörmüz boğazında baş verən son hadisələri müzakirə edib. Dövlət katibi bütün ticarət gəmilərinin boğazda sülhün və təhlükəsizliyin qorunmasına sadiq olan ABŞ hərbi qüvvələrinin əmrlərinə dərhal əməl etməli olduğunu vurğulayıb", - deyə açıqlamada bildirilib.
"O, xüsusilə vurğulayıb ki, Amerika blokadasının pozulmasına və İran neftinin qanunsuz daşınmasına yol verilməyəcək", - deyə qeyd olunub.
Ordu.az