Sabah Ermənistan MSK iclasında seçkilərin yekun nəticələri açıqlanacaq

2026/06/1781361050.jpg
Oxunub: 245     18:32     13 İyun 2026    
Mərkəzi Seçki Komissiyası sabah saat 18:00-da iclas keçirəcək və seçkilərin yekun nəticələrini açıqlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, iclas zamanı üç seçki məntəqəsində təkrar səsvermənin keçirilməsi məsələsi, həmçinin “Güclü Ermənistan” və “Birliyin Qanadları” partiyalarının seçkilərin etibarsız sayılması ilə bağlı müraciətləri müzakirə olunacaq.

Qeyd edək ki, Ermənistan parlament seçkilərinin yekun nəticələrinin açıqlanması ölkədəki siyasi proseslərin növbəti mərhələsinə təsir göstərə biləcək mühüm hadisə hesab olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MSK  


Bizi "telegram"da izləyin