İsveç Baltik dənizi üzərində Rusiyaya məxsus hərbi təyyarələrə görə qırıcılarını havaya qaldırıb

2023/08/1691134116.jpg
Oxunub: 255     18:25     13 İyun 2026    
Baltik dənizi üzərində uçan Rusiya hərbi təyyarələrinə görə İsveç qırıcılarını havaya qaldırıb.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

İsveç ordusunun bildirdiyinə görə, iyunun 13-də İsveçin hava məkanının yaxınlığında uçuş həyata keçirən iki Rusiya hərbi təyyarəsinin qarşısını almaq üçün iki cüt JAS 39 “Gripen” qırıcısı havaya qaldırılıb.

Hadisələr Baltik dənizinin həm cənub, həm də şimal hissələrində qeydə alınıb. Ümumi hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə NATO-nun təyyarələri də havaya qaldırılıb.

İsveç Müdafiə Nazirliyi vurğulayıb ki, ölkənin hava məkanının pozulması faktı qeydə alınmayıb.

Bununla belə, İsveç Silahlı Qüvvələrinin Birləşmiş Əməliyyatlar İdarəsinin rəisi, vitse-admiral Eva Skuq Haslum bildirib ki, Rusiyanın bu cür hərəkətləri ciddi xarakter daşıyır və mütəmadi olaraq təkrarlanır, ölkənin ərazi bütövlüyü və təhlükəsizliyi üçün risk yaradır.

Qeyd edək ki, Ukraynada genişmiqyaslı müharibənin başlanmasından sonra Baltik regionunda gərginlik əhəmiyyətli dərəcədə artıb.

İsveç 2024-cü ilin martında NATO-ya üzv olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Baltik   Qırıcı  


Bizi "telegram"da izləyin