BMT-də nüvə silahlarının yayılmaması haqqında müqavilənin yekun sənədi razılaşdırılmayıb

2026/05/1779507021.jpg
Oxunub: 351     05:26     23 May 2026    
BMT-də keçirilən nüvə silahlarının yayılmaması haqqında müqavilənin icmal konfransı yekun sənəd üzərində razılığa gələ bilməyib.

Ordu.az-ın məlumatına görə, bu barədə Vyetnamın BMT-dəki daimi nümayəndəsi və konfransın sədri vəzifəsini icra edən Do Xunq Vyet bildirib.

"Gərgin məsləhətləşmələrə baxmayaraq, konfrans yekun sənəd layihəsinin əsas məzmunu barədə razılığa gələ bilməyib. Dərin təəssüf hissi ilə qeyd edim ki, konfrans razılığa gələ bilməyib", - diplomat bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Nüvə-silahı  


Bizi "telegram"da izləyin