Rütte İranın Hörmüz boğazındakı fəaliyyətini gəmiçilik azadlığına birbaşa hücum adlandırıb

2026/05/1779479969.jpg
Oxunub: 368     23:51     22 May 2026    
NATO-nun Baş katibi Mark Rütte İranın Hörmüz boğazı bölgəsindəki davranışını gəmiçilik azadlığına və qlobal ticarətə birbaşa hücum kimi qiymətləndirib.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Rütte İsveçin Helsingborq şəhərində NATO üzv ölkələrinin xarici işlər nazirlərinin toplantısından sonra jurnalistlərə açıqlamasında bildirib ki, İran Hörmüz boğazını bağlamaqla qlobal iqtisadiyyatı girov saxlamağa çalışır.

O qeyd edib ki, gəmiçilik azadlığına və dünya ticarətinə qarşı bu birbaşa hücum hər kəsi narahat etməlidir.

Baş katib vurğulayıb ki, ölkələrin boğazın tranzit üçün açıq qalmasını təmin edəcək təşəbbüslər ətrafında birləşməsi vacibdir.

Rüttenin sözlərinə görə, bu məqsədlə regiona əsas hərbi və logistik vasitələrin yerləşdirilməsi də mühüm əhəmiyyət daşıyır.

O əlavə edib ki, bu vəziyyət təhlükəsizlik çağırışlarının getdikcə daha çox qarşılıqlı əlaqəli hala gəldiyini bir daha göstərir.

Baş katib həmçinin müttəfiqlər və tərəfdaşların sıx və fəal əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rütte   Hörmüz  


Bizi "telegram"da izləyin