Ordu.az xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Rob Jetten açıqlama verib.
Onun sözlərinə görə, qadağanın məqsədi Niderlandın iqtisadi fəaliyyət vasitəsilə qanunsuz işğala töhfə verməsinin qarşısını almaqdır. Məlumata görə, Niderlandın əvvəlki hökuməti ötən il belə bir qadağa tətbiq etməyi planlaşdırdığını bildirmişdi.
Qadağanın bu ilin ikinci yarısında qüvvəyə minəcəyi gözlənilir. Niderland İsrail mallarının əsas qlobal alıcılarından biri hesab olunur. Bununla belə, hökumət indiyədək yəhudi yaşayış məntəqələrindən nə qədər məhsul idxal edildiyini açıqlamayıb.
Dünya ölkələrinin böyük hissəsi 1967-ci il müharibəsində İsrailin nəzarətə götürdüyü ərazilərdə salınan yaşayış məntəqələrini qanunsuz hesab edir. BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrində İsraildən məskunlaşma fəaliyyətini dayandırmaq tələb olunur.
İsrail isə həmin ərazilərlə tarixi və dini əlaqələrinin olduğunu bildirərək bu ittihamları rədd edir.
Sevinc Əliyeva
Ordu.az