“Ermənistan hakimiyyəti Rusiyada çalışan 150 min ailənin rifahını zərbə altına qoyur” - Köçəryan

2026/05/1779026613.jpg
Oxunub: 317     17:47     21 May 2026    
“Ermənistan hakimiyyəti Rusiyada çalışan 150 min ailənin rifahını zərbə altına qoyur”.

Ordu.az xəbər verir ki, bunu “Hayastan” blokunun Tsaxkavit sakinləri ilə görüşü zamanı Ermənistanın ikinci prezidenti, baş nazirliyə namizəd Robert Köçəryan deyib.

Erməni siyasətçinin sözlərinə görə, hakimiyyətin addımları nəticəsində Ermənistan geosiyasi qarşıdurmaların mərkəzinə çevrilir.

“1997-ci ildə daxili siyasi gərginlik var idi, amma heç kim şübhə etmirdi ki, biz ermənik ya yox. Birinci prezident də daşnaklarla yaxşı münasibətdə deyildi, amma heç kim demirdi ki, Qarabağı verək, türkün qarşısında diz çökək. İndi bölünmə kimlik xətti üzrə gedir. Onu sarsıtmaq daha çətindir, bərpa etmək isə daha da çətindir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, indi təhlükə daha böyükdür və Rusiya ilə Qərbin arasına girmək uğur üzərinə qumar oynamaq deməkdir.

Rusiya ilə münasibətlərin pisləşməsinə toxunan erməni siyasətçi xatırladıb ki, ən təvazökar hesablamalara görə, Ermənistanın 150 min vətəndaşı Rusiyada işləyir. “Yəni 150 min ailə bununla yaşayır. Bunu 4-ə vurun, o qədər insan Rusiya ilə münasibətlərdən asılıdır. Əgər siyasi istiqaməti dəyişmək istəyirsənsə, əvvəlcə o insanların iş məsələsini həll et”, - deyə Köçəryan bildirib.

Köçəryanın sözlərinə görə, bu, xalqın ödədiyi itkiyə çevrilən geosiyasi kazinodur. “Özü isə həmişə qaçır, necə ki, martın 1-də qaçdı, ya da 44 günlük müharibədən sonra qaçdı”, - deyə o ehtimal edib.

Erməni siyasətçi hakimiyyətin bir sıra nazirliklərin ləğvi ilə bağlı siyasətini də tənqid edib və bunun başqa yerdə hazırlanmış planın icrası təəssüratı yaratdığını söyləyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin