Ordu.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasının deputatlığa namizədləri siyahısında ikinci yeri tutan Andranik Tevanyan mayın 21-də jurnalistlərlə görüşü zamanı deyib.
“Bir çoxlarına elə gəlir ki, BMT tərəfindən tanınmış Ermənistan xəritədə qalacaq. Lakin hakimiyyətin apardığı siyasət nəticəsində Ermənistan “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) taleyini təkrarlaya bilər”, - deyə Tevanyan bildirib.
O qeyd edib ki, Türkiyənin xarici işlər naziri açıq şəkildə Nikol Paşinyanı dəstəklədiyini bəyan edib, Fransa Prezidenti isə onun fikrincə, Ermənistanın daxili işlərinə biabırçı müdaxilə edib.
“Bəzi Qərb dairələrinin planının həyata keçirilməsi Ermənistanda Türkiyənin təsirinin artması demək olacaq”, - deyə Tevanyan vurğulayıb.
Erməni siyasətçi əlavə edib ki, Paşinyanın onun barəsində hansı əsasla cinayət işi açdırmaq istədiyini bilmir.
“Yəqin indi iş hazırlayırlar, amma həmin iş ağ sapla tikilmiş olacaq və cəmiyyət hansı cinayətkar hakimiyyətlə üz-üzə olduğunu görəcək”, - deyə Tevanyan qeyd edib.
Xatırladaq ki, mayın 20-də məzuniyyətdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Vanadzorda keçirilən mitinq zamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Andranik Tevanyanla bağlı dövlətə xəyanət maddəsi üzrə cinayət işi açılması üçün İstintaq Komitəsinə müraciət göndərəcəyini bildirmişdi.
Alpər Mövludoğlu
Ordu.az