ABŞ blokada çərçivəsində İranla əlaqəli təxminən 89 ticarət gəmisini ələ keçirib

2026/05/1777656012.jpg
Oxunub: 364     02:55     20 May 2026    
Dəniz blokadasının başlanğıcından bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına gedən və ya İrandan çıxan 89 İranla əlaqəli ticarət gəmisini ələ keçirib.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.

"Mərkəzi Komandanlıq qüvvələri İran limanlarına daxil olan və çıxan yük axınına müdaxilə etməklə ABŞ-ın İrana qarşı blokadasını davam etdirir. Blokada rejimini təmin etmək üçün 89 ticarət gəmisinin istiqaməti dəyişdirilib", - deyə qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin