Ordu.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, İbrahim Kalın Suriya paytaxtında ölkə Prezidenti Əhməd əş-Şəraa ilə görüşüb.
Görüşdə regiondakı son hadisələr, eləcə də iki ölkə arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi yolları müzakirə edilib.
Qeyd olunur ki, görüşdə həmçinin Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və Suriya Baş Kəşfiyyat İdarəsinin rəisi Hüseyn əs-Səlameh Hüseyn Əl-Səlamə də iştirak edib.
Ordu.az