Putin dövlət səfəri ilə Pekinə gedib

2026/05/1779207768.jpg
Oxunub: 417     20:11     19 May 2026    
Rusiya Prezidenti Vladimir Putin dövlət səfəri çərçivəsində Pekinə gedib.

Ordu.az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi məlumat yayıb.

Məlumata görə, Pekin hava limanında Putini təyyarə trapı yaxınlığında uşaqlar qarşılayıblar. Onlar salamlaşma zamanı Rusiya və Çin bayraqlarını dalğalandırıblar.

Bildirilir ki, uşaqlar eyni geyimdə, mavi köynək və ağ şalvarda olublar.

Putinin qarşılanma mərasimində fəxri qarovul rotası və hərbi orkestr də iştirak edib.

Rusiya prezidentini hava limanında Çin xarici işlər naziri Van İ də qarşılayıb. Putin və Van İ əl sıxaraq qısa söhbət aparıblar.

Daha sonra Çinli nazir Rusiya prezidentini “Aurus” markalı avtomobilinədək müşayiət edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Çin  


Bizi "telegram"da izləyin