Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Szya Kun mayın 19-da keçirdiyi brifinqdə danışıb.
“Qeyd etdiyiniz məlumat faktlara ziddir və tamamilə uydurmadır”, - deyə o bildirib.
Məlumata görə, “Financial Times” nəşrlərindən birində iddia etmişdi ki, Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşü zamanı guya Rusiya Prezidenti Vladimir Putinin “xüsusi hərbi əməliyyata” başladığı üçün sonda peşman olacağını söyləyib.
Sevinc Əliyeva
Ordu.az