Zelenski bu həftənin sonunda Serbiyaya səfər edə bilər

2026/04/1777266545.jpg
Oxunub: 308     10:14     19 May 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin sonunda Serbiyaya səfər edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Serbiyanın N1 telekanalı Belqraddakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Əgər bu məlumat təsdiqlənərsə, bu, V.Zelenskinin 2019-cu ildə vəzifəyə başlamasından bəri Serbiyaya ilk səfəri olacaq.

Mənbə həmçinin qeyd edib ki, yaxın vaxtlarda Ukrayna ilə Serbiya arasında ticarət əməkdaşlığı məsələləri üzrə birgə anlaşma memorandumu imzalana bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Serbiya  


Bizi "telegram"da izləyin