“Past”: Məğlubiyyət qorxusu Paşinyanı təşvişə salıb

2026/05/1779168103.jpg
Oxunub: 390     09:23     19 May 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyanın son davranışlarının onun siyasi vəziyyətinin ağırlaşdığını göstərdiyi iddia olunur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, Paşinyan etirazını bildirən bir qadına qarşı aqressiv davranaraq qışqırıb və onu itələyib.

“Baş nazir gün ərzində əsəbi olub, müxtəlif şəxslərə qarşı təhdid və təhqirlər səsləndirib. Paşinyanın məğlubiyyət ehtimalından ciddi şəkildə narahat olduğu hiss olunur və bu səbəbdən özünü idarə etməkdə çətinlik çəkir.

Paşinyan Qarabağdan (könüllü-red.) köç etmiş şəxslər və müxalifət nümayəndələri barədə nifrət nitqi səsləndirib, həmçinin açıq şəkildə təhdidlər edib. Müxalifət nümayəndələri buna bənzər açıqlamaların kiçik bir hissəsini belə səsləndirsəydilər, onlara qarşı dərhal cinayət işi açılardı”, - deyə nəşr bildirib.

Qəzet həmçinin hüquq-mühafizə orqanlarında çalışan bəzi şəxslərin də hakimiyyətin seçkilərdə 25 faizdən çox səs toplaya bilməyəcəyini düşündüyünü iddia edib.

“Bəzi məmurlar artıq qeyri-qanuni göstərişləri icra etməkdən narazılıq ifadə etməyə başlayıblar”, - deyə müəllif qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin