Almaniya Türkiyəyə “Patriot” HHM sistemi göndərəcək

2026/05/1779168063.jpg
Oxunub: 498     09:19     19 May 2026    
Almaniya NATO-nun cənub-şərq cinahının gücləndirilməsi çərçivəsində yaxın həftələrdə Türkiyəyə “Patriot” hava hücumundan müdafiə sistemi göndərəcək.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, Almaniya Silahlı Qüvvələri Türkiyə ordusu ilə sıx əməkdaşlıq edəcək “Patriot” hava hücumundan müdafiə və raketdən müdafiə əməliyyat qrupu yaradacaq.

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Berlin NATO çərçivəsində daha böyük məsuliyyət götürür.

Onun sözlərinə görə, Almaniyanın “Patriot” bölməsi və təxminən 150 hərbçisi hazırda Türkiyədə yerləşən ABŞ qüvvələrini əvəz edəcək.

Pistorius Almaniya Hərbi Hava Qüvvələrinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilən fəaliyyət göstərdiyini vurğulayıb.

Nazirlik qeyd edib ki, Almaniyanın “Patriot” bölməsi NATO-nun İnteqrasiya edilmiş Hava və Raketdən Müdafiə Sistemi çərçivəsində fəaliyyət göstərəcək.

Missiyanın 2026-cı ilin iyunundan sentyabrına qədər davam edəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Türkiyə  


Bizi "telegram"da izləyin