Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
Nəşrə görə, xüsusilə təşviş içində olan “Vətəndaş Müqaviləsi” partiyası üzvlərinə Baş nazir Nikol Paşinyan hər gün qələbələrinin qaçılmaz olduğunu təlqin edir.
“Yayılan məlumatlara görə, Paşinyan komanda yoldaşlarını sakitləşdirmək üçün son həftə ərzində elə kompromatların ortaya çıxacağını bildirib ki, müxalifət nümayəndələri qərargahlarından çıxa bilməyəcəklər.
Paşinyan bu cür bəyanatlarla narahatlıq keçirən tərəfdarlarını yanında saxlamağa çalışır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az