Tramp: “ABŞ və İran razılaşmanın imzalanmasına yaxındır”

2026/05/1779167544.jpg
Oxunub: 299     09:07     19 May 2026    
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında razılaşmanın imzalanmasına yaxın olduqlarını açıqlayıb.

Ordu.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə səhiyyə xidmətlərinin əlçatanlığına həsr olunmuş tədbirdə danışıb.

ABŞ lideri bildirib ki, əvvəllər də tərəflərin razılaşmaya yaxın olduğu düşünülürdü, lakin bu baş verməyib.

“İndi vəziyyət bir qədər fərqlidir”, - deyə Tramp vurğulayıb.

O əlavə edib ki, Yaxın Şərq ölkələri də razılaşmanın əldə olunacağı ehtimalına inanırlar.

ABŞ Prezidenti həmçinin İran tərəfi ilə genişmiqyaslı danışıqlar aparıldığını qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin