Tramp ABŞ-nin potensial ümumi dəyəri barədə danışıb

2026/05/1779130346.jpg
Oxunub: 289     05:45     19 May 2026    
ABŞ Prezidenti Donald Tramp ölkənin ümumi dəyərinə dair baxışlarını açıqlayıb.

Ordu.az xəbər verir ki, o, bu barədə “Fortune” jurnalına verdiyi müsahibədə danışıb.

Trampın sözlərinə görə, ABŞ-nin ümumi dəyəri yüzlərlə trilyon dollar səviyyəsində qiymətləndirilə bilər.

Jurnalistlər daşınmaz əmlak sahəsində təcrübəyə malik olan Trampdan ABŞ-ni qiymətləndirməsini və hesablamalara təbii sərvətlərlə yanaşı, Böyük Kanyon kimi tanınmış tarixi və təbii məkanları da daxil etməsini istəyiblər.

“Bütün bunları birlikdə nəzərə alsaq, söhbət yüzlərlə trilyon dollardan gedə bilər”, — deyə Tramp qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin