“The Washington Post”: Trampın İranda “işi sona çatdırmaq” üçün yaxşı hərbi variantı yoxdur

2026/05/1779136195.jpg
Oxunub: 470     00:21     19 May 2026    
ABŞ Prezidenti Donald Trampın İranla bağlı müharibəni hərbi yolla sona çatdırmaq üçün effektiv variantının olmadığı bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzetində dərc olunan təhlildə qeyd olunub.

Məqalədə bildirilib ki, Tramp Çin lideri Si Cinpinlə görüşdən Hörmüz boğazının açılması məsələsində nəticə əldə etmədən qayıdıb və indi uzanan müharibədən çıxış yolu axtarır.

Qeyd olunub ki, bəzi sərt mövqeli siyasətçilər ABŞ-ni İrana qarşı hava hücumlarını bərpa etməyə çağırır, lakin onların gözləntiləri reallığı əks etdirmir. Məqalədə ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperin Senatda verdiyi açıqlamaya da yer verilib.

Kuper bildirib ki, ABŞ qüvvələri İranın onilliklər ərzində formalaşdırdığı ballistik raket, pilotsuz uçuş aparatı və hərbi-dəniz sənaye bazasının 85 faizindən çoxunu məhv edib və ya sıradan çıxarıb.

Bununla yanaşı, təhlildə ABŞ kəşfiyyat məlumatlarına əsasən İranın müharibədən əvvəlki raket ehtiyatlarının təxminən 70 faizini qoruyub saxladığı qeyd olunub. Məqalədə vurğulanıb ki, ABŞ-nin hava hücumlarını genişləndirməsi İranın regiondakı enerji obyektlərinə və duzsuzlaşdırma stansiyalarına zərbələr endirməsi ilə nəticələnə bilər.

Qəzet qeyd edib ki, bu vəziyyət humanitar və iqtisadi fəlakətə səbəb ola bilər və neft qiymətlərində daha ciddi artım yaradacaq. Təhlildə həmçinin İranın ali rəhbərliyinə qarşı mümkün hücumların da vəziyyəti dəyişməyəcəyi, əksinə daha sərt mövqeli qüvvələrin hakimiyyətə gəlməsinə yol aça biləcəyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin