ABŞ hindistanlı milyarder ilə 275 milyon dollarlıq cərimə üzrə razılığa gəlib

2026/05/1779136052.jpg
Oxunub: 413     00:12     19 May 2026    
Donald Tramp administrasiyası hindistanlı milyarder Qautam Adaninin təsis etdiyi şirkətlə 275 milyon dollarlıq razılaşma əldə edib.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, razılaşma İran əleyhinə ABŞ sanksiyalarının kobud şəkildə pozulması iddiaları ilə bağlı əldə olunub.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi bildirib ki, “Adani Enterprises Limited” şirkəti 2023-cü ilin noyabrından 2025-ci ilin iyununa qədər Dubayda yerləşən ticarət vasitəçisindən 191 milyon dollar dəyərində mayeləşdirilmiş neft qazı alıb.

Qeyd olunub ki, şirkət enerji daşıyıcısının İran mənşəli ola biləcəyinə işarə edən xəbərdaredici əlamətləri nəzərə almayıb.

ABŞ rəsmiləri Adaniyə məxsus şirkətin gəmilərlə bağlı lazımi yoxlamaları aparmadığını və idxal olunan qazın İran mənşəli ola biləcəyi ilə bağlı xəbərdarlıqlara məhəl qoymadığını bildiriblər.

OFAC bəyan edib ki, iddia edilən pozuntular kobud xarakter daşıyıb və şirkət bunları könüllü şəkildə açıqlamayıb.

Məlumata görə, razılaşma çərçivəsində “Adani Enterprises” şirkəti özünü təqsirli hesab etməyib.

Bildirilir ki, ABŞ Maliyyə Nazirliyi İranın enerji sektoruna qarşı sanksiyaları sərtləşdirmək məqsədilə “İqtisadi Qəzəb” adlı kampaniya həyata keçirir.

“The New York Times” qəzeti isə ötən həftə ABŞ Ədliyyə Nazirliyinin Adaniyə qarşı irəli sürülmüş dələduzluq ittihamlarını geri götürməyə hazırlaşdığını yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp  


Bizi "telegram"da izləyin