Oleksiy Kuleba: "Ukraynaya dörd müharibə ili ərzində infrastruktur baxımından 95 milyard dollarlıq zərər dəyib"

2026/05/1779111621.jpg
Oxunub: 273     17:10     18 May 2026    
Ukrayna və Azərbaycan dayanıqlılığın və güclü infrastrukturun, müasir şəhər inkişafının dəyərini başa düşür.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.

O deyib ki, bu kimi müzakirənin Bakıda aparılması çox önəmlidir.

"Ukrayna 4 ildir ki, müharibə içərisindədir. Son qiymətləndirmələrə görə, Ukraynaya infrasturktur baxımından 95 milyard dollarlıq zərər dəyib", - o deyib.

O. Kulebanın sözlərinə görə, Ukrayna inklüzivlik və dayanıqlıq prinsipini dəstəkləyir:

"Müharibə veteranları, əlillər, ümumiyyətlə, bütün insanlar üçün əlçatanlılıq anlayışı vacibdir. Bizim üçün insanyönümlü dizayn prioritetdir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Kuleba  


Bizi "telegram"da izləyin