“EFES-2026” təlimində gəminin ələ keçirilməsi tapşırığı uğurla icra edilib - VİDEO

2026/05/6d02b-1779111392.jpg
Oxunub: 407     17:31     18 May 2026    
Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Əməliyyat planına uyğun olaraq, iştirakçı ölkələrin hava-desant bölmələri şərti düşmən gəmisinin ələ keçirilməsi tapşırığını icra ediblər.

Hücum helikopterləri ilə hədəfə yaxınlaşan qruplar, qısa müddət ərzində gəminin göyərtəsinə eniş həyata keçiriblər.

Yüksək peşəkarlıq və koordinasiya ilə icra edilən əməliyyat nəticəsində gəmi tam nəzarətə götürülüb, ekipaj üzvləri zərərsizləşdirilib və təhlükəsizlik tədbirləri təmin edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: EFES-2026   Təlim   MN  


Bizi "telegram"da izləyin