Nazir: "Türkiyə COP31-də Azərbaycanın COP təcrübəsindən istifadə edəcək"

2026/05/1779109818.jpg
Oxunub: 280     16:41     18 May 2026    
Türkiyə COP31-də Azərbaycanın COP təcrübəsindən istifadə edəcək.

Ordu.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, COP29-da alınan qərarlar və müzakirələr Türkiyə üçün yol xəritəsi çəkib:

"Azərbaycanın təcrübəsindən faydalanmaq bizim işimizi asanlaşdıracaq. Biz istəyirik ki, COP31-dəki qərarlar sözlərdə qalmasın, hər bir qərar həyata keçirilsin. Dünyada baş verən müəyyən iqlim dəyişmələrinə müsbət təsirimiz olsun".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin