Sabiq erməni XİN rəhbəri: “Paşinyan Ermənistanı hissə-hissə Azərbaycana təhvil verir”

2026/05/1779092846.jpg
Oxunub: 396     12:24     18 May 2026    
“Paşinyan Ermənistanı hissə-hissə Azərbaycana təhvil verir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan sosial şəbəkə hesabında yayımladığı videomüraciətdə deyib.

O bildirib ki, Azərbaycanda irəli sürülən Qərbi Azərbaycan konsepsiyası həm Ermənistanda, həm də diasporda yaşayan ermənilər tərəfindən ciddi qəbul edilməlidir.

“Bu, abstrakt məsələ deyil, Azərbaycanın həyata keçirməkdə qərarlı olduğu ciddi proqramdır. Mövcud hakimiyyət şəraitində bu planın reallaşması daha real görünür. Paşinyan isə Ermənistanı hissə-hissə kəsərək Azərbaycana təhvil verir”, - deyə Oskanyan vurğulayıb.

Oskanyan qeyd edib ki, Cermuk, Zəngəzur və Tavus istiqamətlərində Azərbaycan qüvvələri mövqelərini qoruyur.

O, həmçinin Paşinyanın Zəngəzurla bağlı son açıqlamalarını tənqid edərək bildirib ki, Baş nazir bölgənin Ermənistanın ayrılmaz hissəsi olduğunu vurğulamaqla əslində həmin məsələnin mübahisəli xarakter aldığını etiraf etmiş olur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Oskanyan  


Bizi "telegram"da izləyin