Britaniya terror təhlükəsinin milli səviyyəsini “ən ciddi” səviyyəyə qaldırıb

2025/08/1754798014.jpg
Oxunub: 605     21:28     30 Aprel 2026    
Böyük Britaniya cümə axşamı terror təhlükəsinin milli səviyyəsini “ən ciddi” səviyyəyə qaldırıb və terror hücumunun çox ehtimal olunduğunu vurğulayıb. Belə qərar Londonun şimalında baş verən antisemit bıçaqlama hadisəsindən sonra qəbul edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Krallığın daxili işlər naziri Şabana Mahmud bildirib ki, təhlükə səviyyəsi çərşənbə günü Qolders Qrin rayonunda baş verən hücumdan sonra “əhəmiyyətli” səviyyədən qaldırılıb.

O əlavə edib ki, bu qərar ayrı bir hadisəni deyil, daha geniş və artan təhlükəni əks etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Terror  


Bizi "telegram"da izləyin